
Lyuis Hamilton Hollandiya Qran Prisinə vəsiqə zamanı Serxio Peresə maneə törətdiyinə görə üç yerlik grid cəzası alıb.
“Mercedes” sürücüsü təsnifat mərhələsinin birinci rübündə 9-cu döngədə Serxio Peresə mane olduğu üçün diqqət çəkib. Soyuq dövrədə olan Hamilton Perezin ötürməsi üçün sürəti azaldıb trasın sol tərəfinə keçməyə çalışsa da, Red Bull pilotunun yarış xəttindən istifadə etməsi ilə maneə yaranıb.
Peres radio vasitəsilə Hamiltonu "axmaq" adlandırdığı halda, "Mercedes"in pilotu seansdan sonra hakimlər tərəfindən çağırılıb. Stüardların qərarına əsasən, Hamilton 3 yerlik grid cəzası alıb və 12-ci yerdən 15-ci yerə düşüb.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
