Bu gün:

Alexander Albon diskvalifikasiya edildi


FIA Alexander Albonun avtomobilinin texniki qaydalara uyğun gəlmədiyi üçün Hollandiya QP-nin təsnifat mərhələsindən diskvalifikasiya edildiyini açıqlayıb.

FİA 2024-cü il Hollandiya Qran Prisinin seçmə mərhələləri zamanı Williams pilotu Alexander Albonun avtomobilini yoxlayıb. Baxış zamanı müəyyən edilib ki, avtomobilin döşəmə hissəsi FIA Formula 1 texniki reqlamentini pozur. Ölçmələr nəticəsində Albonun FW46-nın döşəməsinin göstərilən ölçülərdən kənarda olduğu və nəticədə Aleks Albonun reytinqdəki 8-ci yerini itirdiyi müəyyən edilib.

Komanda FİA-nın ölçmə nəticələrini qəbul edib, lakin öz ölçmələrinin fərqli nəticələr verdiyini bildirib.

Buna baxmayaraq, FIA stüardları Parc Ferme-də edilən rəsmi ölçmənin etibarlı olduğunu və standart cəzanın tətbiq ediləcəyini vurğuladılar.  Bu qərarla bütün digər avtomobillər reytinqdə bir pillə yüksəlib. Uilyamsa bu qərardan apellyasiya şikayəti vermək hüququ olduğu bildirilib.



Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et