Cənubi Koreyanın Bucheon şəhərində yerli vaxtla saat 19.39 radələrində 9 mərtəbəli otelin 8-ci mərtəbəsindəki otaqda yanğın baş verib.

Dəhlizlər sürətlə tüstülənərkən əraziyə 70 texnika, 160 yanğınsöndürən və tibb briqadası göndərilib. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 7 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib. Həyatını itirənlərdən 2-nin yanğınsöndürmə briqadasının açdığı çarpayıya atılaraq dünyasını dəyişdiyi bildirilib.
Elektrik nasazlığı səbəbindən başladığı ehtimal edilən yanğın təxminən 4 saat ərzində söndürülüb. Yanğın bütün binanı əhatə etməsə də, otaqlarda “çiləyici” yanğınsöndürmə sisteminin olmaması səbəbindən dəymiş ziyanın böyük olduğu bildirilib.
Yanğınsöndürmə sisteminin ölkədə məcburi hala gəlməmişdən əvvəl, 2003-cü ildə qurulduğu öyrənilib. Bildirilib ki, qonaq yanğının başladığı 810 saylı otağa daxil olduqdan sonra yanıq iyi gəlib, daha sonra otağı dəyişdirilib.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
