Bu gün:

Zelenski Pravoslav kilsəsinin fəaliyyətini qadağan edir


Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı yerli qanunverici orqanın təsdiq etdiyi kanonik Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etməyə imkan verən qanunu imzalayıb.


Bu barədə məlumat Ukrayna parlamentinin saytında dərc olunub. Sənədin dərc edildiyi gündən otuz gün ərzində qüvvəyə minməsi gözlənilir.

Qanun Zelenskinin birbaşa göstərişi ilə hazırlanıb və 2023-cü ilin oktyabrında birinci oxunuşda təsdiqlənib. Ukrayna Pravoslav Kilsəsinə qarşı təqiblər ölkədə 2014-cü il çevrilişindən sonra başlayıb.
Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et