Bu gün:

Cənubi Koreyada oteldə yanğın: 7 nəfər dünyasını dəyişib


Cənubi Koreyanın Buncheon şəhərində yerli vaxtla saat 19:39 radələrində 9 mərtəbəli otelin 8-ci mərtəbəsindəki otaqda yanğın baş verib.

Dəhlizlər sürətlə tüstülənərkən əraziyə 70 texnika, 160 yanğınsöndürən və tibb briqadası göndərilib. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 7 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib.

Həyatını itirənlərdən 2-nin yanğınsöndürmə briqadasının açdığı çarpayıya atılaraq dünyasını dəyişdiyi bildirilib.

Elektrik nasazlığı səbəbindən başladığı ehtimal edilən yanğın təxminən 4 saat ərzində söndürülüb. Yanğın bütün binanı əhatə etməsə də, otaqlarda “çiləyici” yanğınsöndürmə sisteminin olmaması səbəbindən dəymiş ziyanın böyük olduğu bildirilib.

Mənbə: NTV

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et