Almaniyanın qərbindəki Solingen şəhərində bir festivalda bıçaqlı hücumda üç nəfər öldürülüb və digərləri yaralanıb.

"Hazırda həm zərərçəkmişlər, həm də şahidlər danışdırılır. Polis geniş heyətlə cinayətkarı axtarır", - polis bildirib.
Almaniya kansleri Olaf Şolz X-də yazıb: "Günahkar tez bir zamanda tutulmalı və qanunun tam ölçüsündə cəzalandırılmalıdır".
Mənbə: Reuters.com
Tərcümə etdi: Nəzri Süleymanova
