
ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyası Konqresinin son günündə partiyasının prezidentliyə namizədliyini rəsmən qəbul edib.
Harris çıxışında Qəzzada müharibənin bitməli olduğunu deyib və bütün dünyada “tiraniya” ilə mübarizə aparacağına söz verib.
Bu bəyanat Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Trampla kəskin ziddiyyət təşkil edir.
O, Trampı diktatorlarla yaxınlaşmaqda günahlandıraraq, "Mən və ABŞ-ın demokratiya və istibdad arasında bitməyən müharibədə harada durduğumuzu bilirəm, halbuki, 11-ci konqresdə Fələstin tərəfdarlarına səhnə verilmədiyi üçün tənqid edilib"
Seçkilərdən bir neçə həftə əvvəl Harris İsrailin təhlükəsizliyinin təmin edilməsi, girovların və Qəzzanın geri qaytarılması haqqında danışdı və müharibəni dayandırmağa çağırdı və "İndi girov və atəşkəs razılaşmalarına nail olmaq vaxtıdır" deyə bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
