Bu gün:

18 yaşlı qızın cəsədi tapıldı


Bazar ertəsi səhər İtaliyanın Siciliya adasında batan dəbdəbəli qayığın qalıqları arasından britaniyalı texnologiya milyarderi Mayk Linçin qızı Hannanın cəsədi tapılıb.

Yaxta qəzasında cəsədi axtarılan sonuncu şəxs 18 yaşlı Hanna olub.

Mayk Linçin cəsədi də dünən tapılıb.

Ailəyə yaxın mənbə BBC-yə bildirib ki, Linçin cəsədi çıxarılıb.

İtkin düşənlərin hamısının cəsədlərinin dağıntılar arasından tapıldığı açıqlanıb.


Mənbə: BBC

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et