
17 yaşadək qızlardan ibarət Türkiyə milli voleybol komandası FIVB Dünya Çempionatının 1/4 finalında İtaliyaya 3-1 hesabı ilə məğlub olub.
Perunun paytaxtı Limada keçirilən təşkilatda Türkiyə Millisi 1/4 finalda İtaliya ilə üz-üzə gəlib. Aypara-ulduzlu komanda 21-25, 25-15, 25-18 və 25-23 dəstləri ilə rəqibinə 3:1 hesabı ilə məğlub olub.
Millilər 5-8 təsnifat matçı keçirəcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
