Bu gün:

Fransada dang qızdırması xəbərdarlığı


Fransada avqustun 14-də dang qızdırması hadisəsi bildirildikdən sonra daha 10 halın aşkarlandığı bildirilib. Fransa Xalq Sağlamlığı Şurası, mayın 1-dən avqustun 13-dək xaricdən gələn 1031 nəfərdə dang qızdırmasının görüldüyünü bildirdi.

Fransa Regional Sağlamlıq Agentliyi (ARS) avqustun 14-də Vocluse əyalətində bir tibb işçisində dang qızdırması hadisəsi bildirildikdən sonra aparılan müayinələr nəticəsində 1-i xaricdən gələn 10 nəfərdə dang qızdırması aşkar edib.

Milli mətbuatın məlumatına görə, Vaucluse əyalətində 9 yeni yerli hadisənin əlavə olunması ilə ölkədə məişət dangına yoluxma hallarının sayı 16-ya yüksəlib.

Hazırda ölkədə 7 yerli xəstənin müalicəsi davam etdirilir.

Digər tərəfdən, Fransa Xalq Sağlamlığı Şurası, 1 May-13 Avqust tarixləri arasında xaricdən gələn 1031 nəfərdə dang qızdırmasının görüldüyünü bildirdi.

Milli Səhiyyə Agentliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimai yollarda və şəxsi bağlarda ağcaqanadların yayılmasına qarşı iş aparır.

Mənbə:  hurriyet.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et