Bu gün:

Yaşlanma biologiyası nədir?


Keçən günlər, həftələr və illər bizə bir çox təcrübələr qatsa da, fiziki cəhətdən də dəyişməyimizə səbəb olur. Ailə albomlarındakı köhnə fotoşəkillərə baxarkən bu dəyişiklikləri asanlıqla görürük.

Dərinin qırışması, bellərin əyilməsi, fotoya əlavə olunan eynəklər və bir çox başqa dəyişikliklər zaman keçdikcə qocaldığımızı göstərir. Bəs niyə ötüb keçən illər körpənin böyüməsinə, böyüklərin isə qocalmasına səbəb olur? İllər ərzində bədənimizdə nə baş verir? Bədənimiz necə və niyə qocalır?

Yaşlanma nədir?

Uşaqlığınızdan bir oyuncaq düşünün. İlk gündən nə ilə fərqlənir? İllər ərzində oynadıqca köhnəlir. Əslində, bədənimizin mexanizmi tam olaraq bu mexanizmlə eynidir. Bütün bədənimiz illər ərzində işləyir. İstifadə olunan hüceyrələrimiz də köhnəlir və yaşlanır. Yaşlandıqca fiziki fəaliyyətin azalması və metabolik sürət tələb olunan enerji tələbini azalır. Enerji miqdarı az olan hüceyrələrdə pisləşmə və qocalma baş verir. Deyə bilərik ki, bu, həssaslığın artmasıdır.

 Niyə yaşlanırıq?

Yaşla bədənimizin immun sisteminin üzvləri olan B və T hüceyrələrinin sayı azalır. Bu, bədənimizi müxtəlif xəstəliklərə qarşı həssas edir. Bundan əlavə, bədənimizin balansı tamamilə dəyişir. İllər keçdikcə genetik kodumuzu daşıyan DNT-mizin təmir mexanizmləri xarab olur. Bu pozulmalar, mitoxondriyadakı pozulmalar, telomerlərin qısalması, epigenetik dəyişikliklər, zülal balansımızın pozulması və ətraf mühit faktorları yaşlanmamıza gətirib çıxaran əsas səbəblərdir.



Mənbə: bilimup

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et