İşıqforlar ilk dəfə 1800-cü illərdə qatarların keçidini tənzimləmək və lokomotivlərin qəzaya düşməsinin qarşısını almaq üçün istifadə edilmişdir. Təhlükəni bildirmək və xəbərdarlıq etmək üçün geniş şəkildə istifadə edilən qırmızı işıqlar lokomotivləri xəbərdar etmək üçün seçilən ilk rəng olub.

Eyni zamanda, qırmızı rəng böyük dalğa uzunluğuna malikdir və uzaq bir nöqtədən görünə bilər, bu da maşinistlərin qərar qəbul etməsinə və əvvəlcədən yavaşlamasına imkan verir.
1800-cü illərdə keçid siqnalları yaşıl deyil, ağ idi. Lakin zaman keçdikcə ağ rəng ciddi problemlər yaradıb. Qırmızı işıq üçün istifadə edilən linzalar düşdükdə işıq ağa çevrilir və bu da qəzalara səbəb olur. Bu problemin qarşısını almaq üçün işığa sarı rəng əlavə edilib.
1900-cü illərdə Ford avtomobillərinin tıxaca daxil olması yol hərəkətində tənzimləmə sistemini zəruri etdi. Xüsusilə, 1913-cü ildə yol qəzalarında 4000 nəfərin həlak olması ciddi problemlər yaratdı.
1920-ci ildə Detroit polisi Uilyam L. Potts üç rəngli işıqfor sistemini dizayn edir. Onun tərtib etdiyi sistemdə müəyyən bir müddət ərzində rənglər dəyişir. Qırmızı, Sarı və Yaşıl rənglərdən istifadə edən sistem 1935-ci ildə məcburi işıq sisteminə çevrildi. Həmin gündən işıqforların rəngi həmişə olduğu kimi qalıb.
Mənbə: bilimup
Tərcümə etdi: Nuray Mürsəlova
