İtaliya və Avstriyadakı tədqiqatçılar Turin Kral Kitabxanasından 5 və Romadakı Korsin Kitabxanasından 2 Da Vinçi təsviri əldə ediblər. Onlar artefaktlara toxunmadan yumşaq sorucu boruların köməyi ilə sellüloza nitratdan hazırlanmış steril membranlardan mikrobları “süpürdülər”.
Tədqiqat nəticəsində məlum oldu ki, tapıntılar mikrobiom kataloqu yaratmağa kömək edəcək qədər müxtəlifliyi ehtiva edir.
Keçmiş tədqiqat göstərdi ki, göbələklər bu təsvirlər kimi kağız obyektlərin mikrobiomlarında üstünlük təşkil edir. Ancaq bu araşdırmada bakteriyaların sayı təəccüblü dərəcədə yüksək idi.
İşlərdə dəri mikrobiomu ilə əlaqəli bir çox bakteriya aşkar edildi. Təbii ki, bu heç də həmişə o demək deyil ki, Da Vinçi bu şedevrləri çəkərkən özündə nəyi “sahibidir” göstərib. Rəsmlər rəssamın çəkdiyi beş əsr ərzində bir çox başqa insanlar tərəfindən işləndiyi üçün onların kimliyini müəyyən etmək mümkün deyil. Bu DNT-nin çoxu, ehtimal ki, 15-ci əsrdən bəri əsərləri bərpa edən insanlardan gəldi.
Tədqiqatçılar insan dərisi mikrobları arasında Moraxella cinsi bakteriyanın, xüsusən də çirkli çamaşırların qoxusuna cavabdeh olan Moraxella osloensis bakteriyalarının yüksək səviyyədə olduğunu aşkar ediblər. Bundan əlavə, onlar bədnam Salmonella və E.coli bakteriyasını aşkar etdilər, onların hər ikisi insan bağırsaqlarında böyük qarışıqlığa səbəb olur.
Tapılanlar arasında təhlükəli kif göbələyi olan Aspergillus cinsinin növləri və penisilin əldə edilən Penicillium göbələyi də var. Həm sənət əsərlərini, həm də onları qoruyub saxlayan konservatorları ən çox narahat edən, kağızı parçalamaq qabiliyyətinə görə "kağız spoyleri" kimi tanınan Alternaria göbələyi idi. Bu göbələk həm də nəfəs almaq üçün təhlükəli ola biləcək bir alerjendir.
Komanda illər ərzində kağızda görünən sarı-qəhvəyi ləkələrə cavabdeh olan göbələkləri də kəşf edib.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
