Bu gün:

Barbie filminin davamı üçün yaşıl işıq yandı


Barbie filminin rejissoru Qreta Gerviq, Rayan Qoslinqin canlandırdığı və yüksək qiymətləndirilən Ken obrazı üçün ayrıca film çəkə biləcəyinə işarə edib.

Keçən yay ayrı bir fenomenə çevrilən Barbie filmi bütün dünyada pul rekordları qırıb. Fanatlar filmin davamını gözləyərkən bütün gözlər filmin simpatik simalarından biri olan Kenə çevrilib. Barbinin yaradıcısı Qreta Qerviq də “Ken” filminin çəkilmə ehtimalı barədə suala yaşıl işıq yandırıb.

Margot Robbie, Ryan Gosling, America Ferrera, Will Ferrell, Simu Liu, Kate McKinnon kimi Hollivudun ən məşhur aktyorlarını bir araya gətirən 2023 Barbie filmi böyük marağa səbəb olub. Bir çox insanları ağladan və güldürən film o qədər bəyənilib ki, Kenin oynayacağı davam filminə işarə edilib.

Bu yaxınlarda Qreta Qerviqdən Qoslinqin personajına fokuslanan davam filmi çəkməyi düşünüb-düşünməyəcəyini soruşduqda, məşhur rejissor belə cavab verib: "Yəni həqiqət budur ki, görəcəyik".

Ssenari yazarkən Ken üçün ikinci filmə layiq çoxlu material olduğunu deyən Gerviq, "Yəni bunu yüksək səslə söyləmək gülünc səslənir, amma mən Keni sevirəm. Biz Keni sevirik. Biz Kenin mövqeyinə çox ciddi yanaşırıq."

Mənbə: sozcu.com.tr

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et