
Joker serialının maraqla gözlənilən yeni filmi 'Joker: Folie à Deux' üçün yeni poster paylaşılıb.
Rejissoru Todd Phillips olan filmin yeni posterində baş rol aktyorlar Joaquin Phoenix və Lady Gaga təsvir edilib.
Filmin aktyor heyətində Catherine Keener, Brendan Gleeson, Zazie Beetz və Steve Coogan kimi adlar da var.
İlk filmdəki performansına görə 2020-ci ildə Oskar qazanan Joaquin Phoenixin baş rolda oynadığı filmdə Lady Gaga da Harley Quinn obrazını canlandıracaq.
Maraqla gözlənilən film oktyabrın 4-də tamaşaçılarla görüşəcək.
Mənbə: birgün.net
Tərcümə etdi: Rəfiqə Rəhimli
