Bu gün:

Bayden demokratlarla vidalaşıb


ABŞ prezidenti Co Bayden ABŞ-nin Çikaqo şəhərində keçirilən Demokratik Milli Konqresdə göz yaşları içində partiyası ilə vida nitqi söyləyib. Bir ay əvvəl partiya üzvlərinin təzyiqi ilə namizədliyini geri götürən Bayden qurultayın açılış axşamı qızı Eşlinin təqdimatı və uzun sürən alqışlarla müşayiət olunan kürsüdə yerini aldı.

Baydenin vitse-prezidenti Kamala Harris cümə axşamı qurultay zamanı Demokrat Partiyasının prezidentliyə namizədliyini qəbul edəcək. İyulun 21-də namizədliyini geri götürən Baydenin bu qərarı səhhətinin daha 4 il ölkəni idarə etməyə uyğun olmadığını düşünən demokratların təzyiqi nəticəsində verilib. 2016-cı il seçkilərində Trampa uduzan Hillari Klinton da çıxış etmək üçün səhnəyə çıxanda izdihamdan böyük alqış aldı. 

2016-cı il prezident seçkilərində Trampa uduzan Hillari Klinton da konqresdə çıxış edib.  Klinton Harrisi ABŞ-ın ilk qadın prezidenti kimi "şüşə tavanın o biri tərəfində" görməyə yaxın olduqlarını bildirib.                    

Mənbə: BBC news türkçe      

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et