Ölkənin səhiyyə naziri bildirib ki, Zambiyada son bir ay ərzində çirklənmiş qarğıdalı yedikdən sonra ölən 400 itdən ibarət "həyəcanverici sayda" insanlar da risk altında ola bilər.

Elijah Muchima, şirkətlərdən götürülmüş 25 nümunənin təxminən yarısında göbələklərin istehsal etdiyi zəhərli maddə olan aflatoksinlərin həddindən artıq yüksək səviyyədə olduğunun aşkar edildiyini açıqladı.
Qarğıdalı Zambiyada əsas qidadır və cənab Muchimi test nəticələrinin “əhalinin sağlamlığına bir sıra təsirləri səbəbindən böyük narahatlıq doğurduğunu" söylədi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aflatoksinlərin insanlarda qaraciyər xərçənginə səbəb ola biləcəyinə dair sübutların olduğunu bildirib.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
