Bu gün:

Blue Moon 2024: Möhtəşəm Mavi Ay ortaya çıxdı


Mavi Ay 19 Avqust 2024-cü il Bazar ertəsi günü, EDT vaxtı ilə saat 14:26-da (GMT 1826) ayın 100% tam işıqlandığı zaman meydana gəldi.

Avqustun tam ayı mövsümi Mavi Ay idi, yəni dörd tam ayı olan bir mövsümdə üçüncü tam aydır. NASA-ya görə, super ay termini, orbiti zamanı Ayın Yerə ən yaxın məsafəsinin 90%-i daxilində olduqda baş verən tam aya aiddir. Avqustun tam ayından sonra 17 sentyabr, 17 oktyabr və 15 noyabrda daha üç super ay gələcək.

Fotoqraf Tiziana Fabi Vatikandakı Müqəddəs Pyotr Bazilikasının günbəzi üzərindən yüksələn tam ayı çəkib.

Mənbə: Space

Tərcümə etdi: Nəzri Süleymanova 

Paylaş
Şərh əlavə et