Bu gün:

McLaren ATR üstünlüyü əldə etməyə çalışır


Mövsümün birinci yarısında həddən artıq çox yeniləmələrin tətbiqindən yayınmaq, 2024 Formula 1 mövsümünün ikinci yarısında McLarenin aero-sınaq ayırmalarına daha çox imkan verir.

McLaren ilk 14 yarışda nisbətən az yeniləmə etdikdən sonra mövsümün ilk yarısında Formula 1 aerodinamik sınaqlarından "mənfəət almağa" hazırlaşır. Hazırkı F1 aerodinamik sınaq qaydaları (ATR) külək tunelinin vaxtı və hesablama maye dinamikası (CFD) resurslarının nə qədər istifadə oluna biləcəyini məhdudlaşdırır və hər bir komandanın bu resurslardan istifadəsinə məhdudiyyətlər qoyur. Bu limitlər ilin birinci yarısında komandaların 2023-cü ildəki çempionat sıralamalarına, sonra isə 30 iyun tarixindən etibarən 2024-cü il sıralamalarına əsasən müəyyən edilir.

McLaren Mayamidə böyük bir yeniləmə təqdim edib, lakin sonrakı yarışlarda yalnız kiçik trekə xüsusi yeniliklər həyata keçirib. Bu onu göstərir ki, komanda yay fasiləsindən sonra öz inkişaflarını dayandırır və beləliklə, ilin ikinci yarısında digər komandalar üzərində ATR üstünlüyü əldə etməyi planlaşdırır. Bu o deməkdir ki, ilin ikinci yarısı üçün planlaşdırılan yeniləmələr əsasən ilin birinci yarısında tərtib edilir və bu, McLarenə təkcə 2024-cü il yeniləmə proqramını tamamlamaq üçün deyil, həm də 2025-ci il avtomobili üçün daha çox vaxt sərf etməyə imkan verir.

Imola və Monako üçün hazırlanmış daha yüksək gücə malik arxa qanadlar və Silverstone və Spa üçün aşağı endirici qanadlardan başqa, Mayamidən sonra təfərrüatları açıqlanan yeganə uzunmüddətli yeniləmə yeni ön qanad idi. Komandanın direktoru Andrea Stella dedi: "Red Bull, gətirilən hissələrə baxanda indiyə qədər əldə etdiyimizdən daha çox inkişafa nail oldu, amma mən mütləq McLaren üçün danışa bilərəm. Düşünürəm ki, biz indi bu inkişaflardan bəzilərini nağdlaşdırmaq vəziyyətindəyik. Mövsümün ikinci yarısında bir neçə dəfə yeni hissələri təqdim edəcəyimizi gözləyirəm".


Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et