Bu gün:

Meymunçiçəyi yeni Coviddir?


Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssisi “Mpox yeni Covid deyil, çünki səlahiyyətlilər onun yayılmasına necə nəzarət edəcəyini açıq şəkildə bilirlər” -deyib.


Avropanın regional direktoru Dr Hans Kluge, virusun yeni variantı ilə bağlı real narahatlığa və qlobal xəbərdarlığa baxmayaraq, jurnalistlərə deyib ki, biz birlikdə mpox ilə mübarizə apara bilərik və etməliyik.

İndi güclü tədbirlər, o cümlədən vaksinlərin ən çox ehtiyacı olan ərazilərə çatmasını təmin etmək başqa bir çaxnaşma və laqeydlik dövrünü dayandıra bilər.

Keçən həftə İsveçdə yeni variant olan Clade Ib hadisəsi təsdiqləndi və Afrikada artan epidemiya ilə əlaqələndirildi.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et