Dövlət imtahan mərkəzi tərəfindən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb.

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə ümumilikdə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə isə I ixtisas qrupu üzrə təsdiq edilib.
Dövlət İmtahan Mərkəzindən 24media.az- ın sorğusuna cavab olaraq qeyd edilib ki, nəticələr üç gün ərzində elan ediləcək.
"Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin növbəti üç gün ərzində elan olunması nəzərdə tutulur".
Arzu İbrəhimova
