Mitinq Fələstinə dəstək və ABŞ-ın İsrailə əlavə hərbi yardımına qarşıdır.
TASS-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bir neçə min etirazçı Demokratlar Partiyasının milli qurultayının keçirildiyi Birləşmiş Mərkəzin qapalı idman arenasına doğru yürüş etməyə başlayıb.

Etirazçılar Demokrat Partiyasından Qəzzada atəşkəs əldə etmək üçün hərəkətə keçməyi və hərbi xərcləri azaltmağa çalışmağı tələb edirlər. Etirazçılar Birləşmiş Mərkəzdən iki məhəllə kənarındakı parka toplaşıblar. Son iki saat ərzində onların sayı minə qədər artıb. Etiraz təşkilatçıları 15 minə yaxın insanın iştirak etdiyini bildiriblər. Onların Demokratların qurultayının keçirildiyi yerin yanından keçəcəyi gözlənilir.
TASS-ın müxbiri xəbər verir ki: "kütləvi etirazçılar idman arenasının ətrafındakı metal hasarın bir neçə hissəsini dağıdıblar. Nümayişçilər hasarın yanından keçə bilməyib saytın yaxınlığında yığılıblar. Hazırda aksiyaçılarla polis arasında toqquşma yoxdur. Etirazçılardan biri hasarın üstündə oturmuşdu".
Sıx cərgədə düzülən polis əməkdaşları xüsusi texnika ilə nümayişçiləri hasarın zədələndiyi yerdən ən azı 20 metr uzaqlaşmağa məcbur ediblər. Bir neçə etirazçı həbs edilib. Bəzi hallarda polis ərazini tərk etmək istəməyən nümayişçilərə qarşı fiziki güc tətbiq edib. Şəhər polis rəhbəri Larri Snellinq TASS müxbirinin sualına cavab olaraq bildirib ki: "Xeyr, hadisədə heç kim yaralanmadı".
Hadisə yerinə hüquq-mühafizə orqanlarından əlavə dəstələr cəlb olunub. Daha sonra polis əməkdaşları hasarın hissələrini bərpa ediblər. Hadisənin baş verdiyi ərazinin yaxınlığında yalnız bir neçə səpələnmiş Fələstinə tərəfdar qruplar qalıb. Aksiya Demokratik Milli Konvensiyaya Yürüş adlı birlik tərəfindən təşkil edilib. Buraya bir sıra müxtəlif təşkilatlar, o cümlədən müharibə əleyhinə, insan haqları, solcu, Fələstin tərəfdarı, əmək və miqrant tərəfdarı təşkilatlar daxil idi.
Mənbə: Tass.com
Tərcümə etdi: Arzu İbrəhimova
