Həbsxanadan çıxdıqdan sonra bacısı Sıla Doğunun Sarıyerdəki Boğaziçi mənzərəli evində qalan Dilan Polat gecə saatlarında vəkili Sevinç Horozla görüşüb. Horoz, "Artıq onu tez-tez görürəm. Səhhətində, psixoloji problemləri var idi, təbii ki. İçəridəki şərait yaxşı bilinirdi, təbii ki, yaxşı deyildi. İndi ailəsi ilə birlikdə, övladlarına qovuşub, çox xoşbəxtdir".

Haqqında "çirkli pulların yuyulması və vergidən yayınma" maddəsi ilə açılan istintaq çərçivəsində saxlanılan Dilan Polat barəsində azadlığa buraxılma qərarı verilib. Dilan Polat azadlığa çıxdıqdan sonra bacısı Sıla Doğunun Sarıyerdəki Boğaziçi mənzərəli evinə gələrək uşaqları və ailəsi ilə görüşüb. Polatın vəkili Sevinç Horoz gecə saatlarında onu ziyarətə gəlib. Sərbəst buraxılması ilə bağlı məlumatı paylaşmaq üçün Engin Polatın yanına getdiyini bildirən Horoz Dilan Polatın sağlamlıq vəziyyəti və sərbəst buraxılma prosesi ilə bağlı açıqlamalar verib.
Sərbəst buraxılma prosesi ilə bağlı məlumat verən Horoz: "Avqustun 9-da keçirilən adi həbs-qətimkan tədbirində həbsin davam etdirilməsinə qərar verildi. Bu mərhələdə prokurorun rəyi azadlığa buraxılmalı idi. Buna görə də yuxarı instansiya məhkəməsinə müraciət etdik və müvafiq olaraq azadlığa buraxılma qərarı verildi”.
Etirazlarının müsbət nəticələnəcəyini gözlədiklərini ifadə edən Horoz: "Bir həftədir gözləyirdik, sənədimiz (fayl) nəzərdən keçirilir. Hələ etiraz qiymətləndirməsi aparılmayıb. Bu gün günortadan əvvəl qərarımız gəldi. Qiymətləndirmədən bəri etiraz prosesimiz uzun çəkdi, çox çətin oldu, bilirsiniz, bununla bağlı nə xəbərlər gəlir, nə qiymətləndirmə nəticəsi çıxır”-deyə o bildirib.
Sərbəst buraxılma şərtləri ilə Polatın imza atma öhdəliyinin olmadığını ifadə edən Horoz: "Yalnız beynəlxalq qadağanın məhkəmə nəzarəti müddəalarını tətbiq etmək üçün sərbəst buraxıldı. İmza öhdəliyi yoxdur" dedi. Horoz bildirib ki, sənəddəki (fayl) bütün müttəhimlər sentyabrın 4-də məhkəmə qarşısına çıxaraq ifadə və ifadələrini verəcəklər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Arzu İbrəhimova
