Böyük Britaniyada yerləşən bir təhlükəsizlik şirkəti Ukrayna ordusunu robot itlər ilə təmin edib. Uzaqdan zondlama texnologiyası və infraqırmızı termal kameralarla təchiz edilmiş robot itlər dronların edə bilmədiyi xəndəkləri və binaları kəşf edə bilir. Ukrayna ordusunun yeni köməkçisi robot itlər ola bilər.

"Ukrayna müharibəsi dünyada müharibə anlayışını dəyişdi, xüsusən də pilotsuz uçuş aparatları və dronlarla bağlı. Düşünürəm ki, bu, bizim haqqında danışmalı olduğumuz ən vacib şeydir. Robot texnikası və dronlardan funksional imkanları artırmaq, eyni zamanda qənaət etmək üçün necə istifadə edə bilərik. Əsgərlərin ön cəbhədə yaşaması və təhlükəsizliyinin artırılması bunun səbəbidir".
İngilis təhlükəsizlik şirkəti tərəfindən istehsal edilmiş və hərbi əməliyyatlar üçün dəyişdirilmiş robot it: O, ayağa qalxa, tullana, qaça və əyilə bilir.
Robot it yerə yaxın olduğu üçün diqqəti cəlb etmir. Termal görüntüləmə texnologiyası sayəsində düşmən əsgərlərini səngərlərdə və ya münaqişə bölgələrində binaların içərisində görə bilir.
"Bir neçə min dollara başa gələn it, əks halda çoxlu texniki rabitə sistemi və ən azı üç-beş əsgər yerləşdirəcəyiniz bir missiyanı öhdəsinə götürə bilər."
Mina və partlayıcı qurğuları asanlıqla tapa bilir. O, həmçinin döyüş meydanında yeddi kiloqrama qədər güllə və dərman daşıya bilir. Robot it Rusiya qüvvələrinin əlinə keçərsə, fövqəladə rejimə keçir və bütün məlumatlarını silir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Arzu İbrəhimova
