
COP (Conference of the Parties), Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişiklikləri Konvensiyasına (UNFCCC) tərəfdaş olan ölkələrin illik toplantısıdır. Bu konfranslarda, iqlim dəyişikliyi ilə mübarizənin və qlobal istiləşmə problemlərinin həlli üçün müxtəlif strategiyalar müzakirə olunur. COP, iştirakçı ölkələrin iqlim siyasətlərini və öhdəliklərini nəzərdən keçirdiyi və yenilədiyi bir toplantıdır.
1992-ci ildə BMT-nin İqlim Dəyişiklikləri Konvensiyası Rio de Janeyroda qəbul edilib. Bu konvensiya, iqlim dəyişikliyi ilə mübarizənin beynəlxalq səviyyədə koordinasiyasını təmin etmək məqsədini güdür. Bu sənədin qəbul edilməsindən sonra, iqlim dəyişikliyi və onunla mübarizə məsələlərinin beynəlxalq əhəmiyyəti artdı.
Birinci COP toplantısı Berlində keçirilib. Burada Konvensiyanın həyata keçirilməsi və tərəfdaş ölkələrin ilk öhdəlikləri müzakirə edilib. İlk COP toplantısından sonra, 1997-ci ildə "Kyoto Protokolu" qəbul edilib. Bu protokol inkişaf etmiş ölkələrə karbon emissiyalarını azaltmaq üçün konkret hədəflər qoyur.
2009-cu ildə Kopenhagendə keçirilən COP15, iqlim dəyişikliyi ilə mübarizədə daha böyük beynəlxalq əməkdaşlıq məqsədini güdürdü, lakin bəzi çatışmazlıqlar səbəbindən uzunmüddətli razılaşma əldə oluna bilmir.
Qlobal istililəşmə, iqlim dəyişikliyi barədə qəbul olunan ən əsaslı sənəd "Paris" sazişi hesab edilir. "Paris"sazişi COP21-də qəbul edilib. Bu razılaşma, qlobal temperatur artımını 2°C-dən aşağıda saxlamaq və mümkün qədər 1.5°C ilə məhdudlaşdırmaq məqsədini güdür.
COP28, 2023-cü ilin noyabr ayında Əbu Dabi, Birləşmiş Ərəb Əmirliklərində keçirilmişdir. Bu, BMT-nin İqlim Dəyişiklikləri Konvensiyası çərçivəsində təşkil olunan 28-ci konfransdır. Bu konfransda COP29 tədbirinin ölkəmizdə keçirilməsi qərarı qəbul edilmişdir.
COP29 2024-cü ilin noyabrında Bakı şəhərində keçiriləcək. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti seçilib. Bu tədbir Azərbaycanın beynəlxalq iqlim müzakirələrindəki əhəmiyyətini və rolunu artıran böyük bir tədbirdir.
COP29, iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirmək və daha konkret tədbirlər planı hazırlamaq məqsədini güdür. Konfransda iştirakçı ölkələr arasında iqlim siyasətləri, karbon emissiyalarının azaldılması və davamlı inkişaf məqsədilə yeni strategiyalar müzakirə olunacaq.
Hazırladı: Tahirə Bağırzadə
