
Alınan ən son məlumatlara görə, orta temperatur 1880-ci ildən bəri təxminən 1 dərəcə artıb. Kiçik bir rəqəm kimi göründüyünə aldanmayın, planetin orta göstəricisi ilə müqayisədə bu nisbət əslində kifayət qədər yüksəkdir, biz qısa müddətdə məhv olmaya bilərik, amma gələcəkdə böyük fəlakətlərlə üzləşəcəyik. Əslində, nə olacaqsa, bizdən sonrakı nəsillərin və canlıların başına gələcək. Bir çox heyvan növləri və bitkilər yox olacaq. Bunun qarşısını almağın əsas yolu qənaətdən keçir. İstehlak çılğınlığı dövründə nə qədər çox qənaət etsəniz, bir o qədər ətraf mühiti qoruyursunuz.
Əgər, biz istixana qazları haqqında şüurlu olsaq və hökumətlər birlikdə lazımi tədbirləri görsələr, ən pis halda, bu mənzərənin pessimizmi dayandırıla bilər: kütləvi aclıqlar, ölümlər, buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi və bir çox şəhərlərin sular altında qalması. Lakin, bu məsələdə hələ o qədər də gecikməmişik.

Lazımi tədbirlər alınarsa hər şey nəzarət altına alına bilər. Pis ssenarilər bizi motivasiya edə və qənaət etməyimizə, diqqətli olmağımıza səbəb ola bilər.
Mənbə : Onedio
Tərcümə etdi: Tahirə Bağırzadə
