
İtaliyanın Florensiya şəhərindəki tarixi Ponte Vecchio körpüsünə adlarını yazan iki alman turisti 40 min avroya (təxminən 1,5 milyon TL) qədər cərimə gözləyir.
Ötən bazar ertəsi şəhərin simvollarından biri olan və İkinci Dünya Müharibəsi illərində belə zədələnməməsi ilə məşhur olan körpünün üzərinə qara flomasterlə adlarını yazan iki turist polisə yaxalanıb.
21 və 23 yaşlı Almaniya vətəndaşları polis bölməsinə aparılıb və barələrində qanuni tədbirlər görülüb.
Florensiya bələdiyyəsi açıqlayıb ki, “cinayətlə” tutulan iki turist mədəni irsə zərərin qarşısının alınması ilə bağlı qanuna uyğun olaraq 40 min avroya qədər cərimələnəcək.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
