
İspaniyada yerli mətbuatın məlumatına görə, futbol meydançasında 11 yaşlı uşağı kəsici alətlə öldürən şübhəli axtarılır.
Məlumata görə, öldürülən oğlan yaşıdları ilə futbol oynayarkən kapüşonlu birinin hücumuna məruz qalıb. Hücum bazar günü səhər İspaniyanın mərkəzi Toledo şəhərinin Mosexon şəhərində baş verib.
Təxminən 18 yaşında olduğu bildirilən şübhəli hadisə yerindən qaçıb. Bazar günü günortadan sonra şəhər sakinləri həyatını itirən uşağı yad etmək üçün bələdiyyə binasının qarşısına toplaşaraq genişmiqyaslı axtarış aparıb.
Mosexon meri Concepción Cedillo jurnalistlərə açıqlamasında "Bu gün kədərli bir gündür, şəhər ağrılıdır. Hər qətl acı olsa da, səhər dostları ilə futbol oynayan günahsız bir uşağın öldürülməsi daha ağrılıdır"- deyə bildirib.
Təxminən 5 min nəfər əhalisi olan qəsəbədə üç günlük rəsmi matəm elan ediləcək.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
