Rusiyanın Kursk bölgəsində əməliyyatlarını davam etdirən Ukrayna daha bir strateji əhəmiyyətli körpünü dağıtdıqlarını açıqlayıb.

Bazar günü yayımlanan hava görüntüləri ilə Ukrayna ordusu Zvannoe bölgəsində Seym çayı üzərindəki ikinci körpünü dağıtdıqlarını bildirib.
Bu həftənin əvvəlində Seym çayı üzərində Qluşkovo şəhəri yaxınlığında daha bir körpünü dağıtdıqlarını bildirən Ukrayna iki həftədir ki, Rusiya ərazisinə doğru irəliləyir.
Dağıdılan ilk körpü Rusiya tərəfindən hərbi yüklərin daşınması üçün istifadə edilib. Onlardan ikisinin ya tamamilə dağıldığı, ya da ciddi ziyan dəydiyi bildirilib.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
