
Bir çox sorğuda riyaziyyat ən çətin fənn kimi seçilir. Yalnız sorğularda deyil, ətrafınızdakı hər kəsə hansı fənnin daha çətin olduğunu soruşduqda, alacağınız cavab çox güman ki, riyaziyyat olacaq. Bu vəziyyətin bir çox səbəbi var.
Riyaziyyat niyə çətindir?
Birinci səbəb odur ki, insanların çoxu riyaziyyatı öyrənilməsi çətin bir fənn hesab edir. Çünki sizdən əvvəl riyaziyyat dərsi keçən hər kəs bunun çox çətin olduğunu deyir. Özünə inamı aşağı olan tələbələr üçün xüsusilə problemlidir. “Əgər o bacara bilmədisə, mən necə bacarım?” Onlar belə düşünürlər. Bu vəziyyət öyrənməyə böyük maneə yaradır.
Digər səbəb isə riyaziyyatın reallığa əsaslanan elm olmamasıdır. Real həyatda -2 və ya +2 deyə bir şey yoxdur. Bu, başa düşməyi və öyrənməyi çox çətinləşdirir. Tələbə özünə verdiyi suallara cavab tapmaqda çətinlik çəkir. Əsas səbəb təməlin olmamasıdır. Riyaziyyatı bir piramida kimi düşünməlisən ki, təməli düzəltmədən zirvəni qurmaq mümkün deyil. Toplama və çıxmağı bilməyən bir adamın bölmə və ya vurma işlərini yerinə yetirməsi mümkün deyil. Demək olar ki, bütün riyaziyyat mövzuları bir-biri ilə əlaqəli olduğundan, öyrənəcəyiniz mövzuların əsasını təşkil edən dərsləri bilməlisiniz. Bu o deməkdir ki, vaxtınızı və enerjinizi yalnız riyaziyyata yönəltməlisiniz.
Digər çox təsirli səbəb sağlamlıq problemləridir. Diskalkuliya və ya disleksiyanız varsa, öyrənmək sizin üçün normaldan 3 dəfə daha çətindir.
Nəticədə, riyaziyyatdan yaxşı biliyə sahib olmaq istəyirsinizsə, bir neçə şərtə əməl etməlisiniz. Verilə biləcək ən vacib məsləhət, riyaziyyatı çətin olduğunu düşünərək oxumamaqdır. Riyaziyyat çətin olduğunu düşünmədiyiniz müddətcə asandır. Bunu məntiq və ya real həyatla əlaqələndirməməlisiniz, çünki riyaziyyat müsbət elm deyil. Yaxşı bir riyazi təməl yaratmaq, onun üzərində qursanız, xəyal olmayacaqdır.
Mənbə: bilim up
Tərcümə etdi: Sevil Azər
