Ticarət Nazirliyindən verilən açıqlamada bildirilib ki, Reklam Şurasının avqust ayı toplantısında istehlakçıları aldadan və çaşdıran, onların təcrübə və bilik çatışmazlığından istifadə edən reklamların ədalətsiz ticarət təcrübələri araşdırılıb.

İclasda reklam və kommersiya fəaliyyətləri ilə bağlı reklamın dayandırılması, cəzası ilə birlikdə ümumilikdə 16 milyon 257 min 632 lirə inzibati cərimə tətbiq edilməsi qərara alınıb. İlin 8 ayında 1055 fayl üçün dayandırma cəzasına əlavə olaraq 165 milyon 41 min 612 lirə inzibati cərimə tətbiq edilməsinə qərar verilib.
Mənbə: Milliyet.com.tr
Tərcümə etdi: Arzu İbrəhimova
