
Türkiyə Əmlak Məsləhətçiləri Federasiyasının prezidenti Hacı Ali Taylan, təsdiqlənmiş reklam tənzimləməsi ilə təkcə daşınmaz əmlak portalları deyil, sosial media platformalarında dərc olunan daşınmaz əmlak elanlarının da yoxlanılacağını bildirib. H.A.Taylan, "Əmlak reklamlarının yalnız elektron reklam sistemi vasitəsilə veriləcəyi ilə bağlı yanlış bir fikir var. Tənzimləmə manipulyasiyalara səbəb ola biləcək reklamlarla bağlı bir araşdırmadır" dedi.
Mənbə: sabah.com.tr
Tərcümə etdi: Arzu İbrəhimova
