
Superliqanın ikinci həftəsində "Göztepe"də qonaq olan "Fənərbaxça"nın prezidenti Ali Koça yad əşya atılıb. Səfərdə tribunalara girə bilməyən azarkeşlər olduğu üçün fasilədə həmin hissəyə gedərək dəstək göstərən “Fənərbaxça”nın prezidenti Ali Koça yad əşyalar yağaraq yerə yıxılıb və oyun dayandırılıb. Ali Koç meydanda olarkən arxadan kiminsə onu itələməsi ilə yerə yıxılıb. Polis Ali Koçu arxadan itələyən şəxsi zərərsizləşdirib.
"Fənərbaxça"nın prezidenti Ali Koç daha sonra təhlükəsizlik işçilərinin müşayiəti ilə tribunada öz yerini alıb.
Ali Koç yerinə dönərkən, Göztəpə baş direktoru Kerem Ertan Koça reaksiya verib.
Baş hakim Kadir Sağlam bu zaman oyunu dayandırsa da, prezident Koç meydanı tərk etdikdən sonra oyun qaldığı yerdən davam edib.
DHA-ya istinadən xəbər verir ki, Fatih Özkan adlı məmurun yerə yıxılan Ali Koçu itələdiyi bildirilib. Fatih Özkanın Göztepedə rəsmi işçi olmadığı, sadəcə nəzarətçi olduğu açıqlanıb.
Mənbə:haberturk
Tərcümə etdi:Nuray Mürsəlova
