Ferrarinin baş məşqçisi Frederik Vasser İtaliya komandasının hər gün daha yaxşıya doğru çalışmasını istəyir.

Ferrari bu il bərbad bir cədvələ sahib idi və bəzi yarışlarda çox yaxşı olsa da, bəzi yarışlarda dördüncü ən sürətli komanda kimi görünürdü. Komandanın başına gəldiyi andan İtaliya komandasını növbəti səviyyəyə çıxarmağa çalışan Ferrarinin baş məşqçisi Frederik Vasseur deyir ki, "Hər gün dünəndən daha yaxşısını etməyə çalışmalıyıq. Bu, komandalar və avtomobillər arasında belə kiçik fərqlərin olduğu indiki F1-də daha vacibdir. Hər bir detal nəticələrdə böyük fərq yaradır. Qarşıda duran komandalarla aramızda orta fərq cəmi 0,3-0,4 saniyədir. İmolada 0,1 saniyəyə üç avtomobil var idi. Biz bunu nəzərə almalıyıq. Biz istehsaldan tutmuş dizayna, trasda baş verənlərdən aerodinamikaya qədər şirkətin bütün aspektlərində hər onda bir üçün işləməyə davam etməliyik".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
