
NASA, Boeing şatlının nasazlığı nəticəsində təxminən iki aydır kosmos stansiyasında qapalı qalan iki astronavtın gələn ilə qədər kosmos stansiyasında saxlanılıb-saxlanmayacağına hələ qərar vermədiklərini açıqlayıb.
Mətbuat konfransında danışan NASA-nın kosmos əməliyyatları missiya rəhbərlərindən Ken Bowersox, astronavtların geri qayıtması üçün qəti bir tarixin olmadığını açıqladı.
Bowersox, kosmik stansiyada qalan astronavtlar Butch Wilmore və Suni Williams-ın SpaceX-in 2025-ci ilin fevral ayında keçiriləcək ekspedisiyasına qədər Beynəlxalq Kosmik Stansiyada saxlanılıb-saxlanmayacağına dair qərarın bir neçə həftə ərzində veriləcəyini açıqladı.
Mənbə: Sözcü
Tərcümə etdi: Nəzri Süleymanova
