Bu gün:

Şimali Koreya qapılarını xarici turistlərin üzünə açır


Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreya 5 ildən sonra qapılarını xarici turistlərin üzünə açacaq.

İki tur operatoru bildirib ki, Şimali Koreya təxminən beş il ərzində Covid-19 səbəbiylə bağlandıqdan sonra dekabr ayında xarici turizmə yenidən açılacaq.

Pekində yerləşən Koryo Tours veb-saytı, "Yerli tərəfdaşımız təsdiqlədi ki, Samjiyon şəhərinə və ola bilsin ki, ölkənin qalan hissəsinə turizm 2024-cü ilin dekabrında rəsmi olaraq yenidən başlayacaq".

Çində fəaliyyət göstərən KTG Tours şirkəti də Facebook səhifəsindən açıqlama verərək, "Turistlərin bu qış Samjiyona (Paektu dağ bölgəsi) gedə biləcəyi deyilirdi. Dəqiq tarixlər təsdiqlənməyib. Hələlik yalnız Samjiyon rəsmi olaraq açıqlanıb. Lakin Pxenyan və digər yerlərin də açılacağını düşünürük”.

Şimali Koreyanın Çinlə dağlıq şimal sərhədi yaxınlığında, Samjiyon ölkədə müqəddəs sayılan Paektu dağının qapısı və rəsmi rəvayətlərə görə, keçmiş Şimali Koreya lideri Kim Çen İrin doğulduğu yerdir.

Şimali Koreya Covid-19 epidemiyasından qorunmaq üçün 2020-ci ilin əvvəlində sərhədlərini bağladı və hətta öz vətəndaşlarının da illərlə ölkəyə girişinin qarşısı alındı. Lakin sərhədlərin yenidən açılması əlamətləri 2023-cü ilin ikinci yarısında gəldi, beynəlxalq uçuşların bərpası qapalı vətəndaşların nəhayət evlərinə qayıtmasına imkan verdi.

Bir qrup rusiyalı turist ölkəyə 2024-cü ilin fevralında, Moskva ilə Pxenyan arasında münasibətlərin yaxınlaşdığı bir vaxtda səfər edib.

Mənbə: Sözcü

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et