Bu gün:

Luka Modriç Arda Gülərə: "Cəfəngiyat istəmirəm!"


"Real"ın futbolçusu Luka Modriçin "Atalanta" matçından sonra Arda Gülərə niyə əsəbiləşdiyi məlum olub.

UEFA Superkubokunun final matçında "Real Madrid" İtaliya A Seriyasının "Atalanta" klubunu 2:0 hesabı ilə məğlub edib.

Karlo Ançelottinin yetirmələrinə qələbə qazandıran qolları 59-cu dəqiqədə Valverde və 68-ci dəqiqədə Kilian Mbappe vurub.

Arda Gülər əvəzedici kimi meydana daxil olub. Türkiyəli futbolsevərlərin böyük maraqla izlədiyi Arda Gülər Atalanta matçına ehtiyat oyunçular skamyasında başlayıb. Ulduz futbolçu matçın 88-ci dəqiqəsində Vinisius Juniorun əvəzinə oyuna daxil olub.

Luka Modriç matçdan sonra Arda Gülər ilə şəkil çəkdirərək sosial mediada trend mövzusu olub. Bu anların təfərrüatları da ortaya çıxıb.

Arda Gülər şəkil çəkdirmək istəməyib, Modriç əsəbiləşib. Arda Gülər Superkubok matçında oynamadığı və Modriçə müqavimət göstərdiyi üçün şəkil çəkdirmək istəməyib. Modriç onu foto çəkdirə biləcəyi bir yerə apararkən, "Mən boş söz istəmirəm" deyərək Arda Gülərə xəbərdarlıq edib. Daha sonra Luka Modriç kubokla Arda Gülərin fotosunu çəkdirib. Daha sonra ikili selfi çəkdirərək fotonu sosial şəbəkədə paylaşıb.

Mənbə: Goal.com TR

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et