
McLaren Racing-in baş direktoru Zak Braun inanır ki, komandanın bütün departamentləri titul qazanmaq üçün lazım olan hər şeyə malikdir.
Braun son on ildə maliyyə qeyri-sabitliyi dövründə Uokinqdə yerləşən komandaya rəhbərlik edib. Digər çətinliklərə, o cümlədən komandanın Audi tərəfindən ələ keçirilməsi ilə bağlı şayiələrə baxmayaraq, amerikalının gəlişi McLaren-i sponsorlar tərəfindən ən çox dəstəklənən komandalardan birinə çevirib.
Sonradan McLaren Texnologiya Mərkəzində bir sıra infrastruktur təkmilləşdirmələri, eləcə də idarəetmə strukturunda və komanda heyətində dəyişikliklər edilib.
Komandanın rəhbəri Braun inanır ki, titul qazanmaq üçün bütün elementlər hazırdır.
Braun, "Biz səhmdarlarımızdan və sponsorlarımızdan böyük sərmayələr almışıq. Əla sürücülərimiz və əla texniki komandamız var".
Andrea bunun üçün “dünya çempionatı materialı” ifadəsindən istifadə edir və mən düşünmək istərdim ki, performansa birbaşa və ya dolayısı ilə töhfə verən bütün şöbələr dünya çempionatının materialıdır”- deyə bildirib.
Braunun inamı Lando Norris və Oscar Piastri-nin ilk Formula1 qələbələri və ardıcıl podiumu bitirmələri ilə gücləndirilib.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
