Bu gün:

Siçanlarda tətbiq edilən test etik mübahisələrə səbəb olur


 Siçanların genetik və fiziki xüsusiyyətləri onları xərçəngdən qripə qədər bir çox insan xəstəlikləri və pozğunluqları üçün ideal model edir.

Bu gün siçanlar o qədər tibbi araşdırmaların mərkəzinə çevriliblər ki, bəziləri onları "quyruqlu sınaq boruları" kimi təsvir etməyə başlayıblar.

Ancaq araşdırmalar göstərir ki, depressiyanı müalicə etmək üçün heyvanlardan istifadə etmək olduqca çətindir.

Alimlər siçanlardakı depressiya haqqında çox şey deyə bilmirlər və indi onilliklər ərzində ən yaxşı variant hesab edilən mübahisəli təcrübədən imtina etməyi düşünürlər.

“Məcburi üzgüçülük” adlanan təcrübədə siçan suya salınaraq üzməyə məcbur edilir. Siçanın depressiyaya düşüb-düşmədiyini təslim etməklə anlaya bilərsiniz. Demək olar ki, siçan nə qədər tez imtina etsə, bir o qədər depressiyaya düşür.

Qısaca fikir budur, lakin tez-tez istinad edilən bu təcrübə o qədər də tutarlı deyil və bu, bəzi alimlərin təcrübənin köhnəldiyi barədə fikirlərini gücləndirir. Bəzi elm adamları bunun "pis elm" olduğunu düşündüklərini və insanların belə təcrübələr etməməsi lazım olduğunu bildiriblər.

Bu mövzuda çalışan elm adamlarından bəziləri deyilənləri qəbul etdi, lakin bu təcrübələrdən istifadəni minimuma endirməyə çalışdıqlarını, lakin bəzi mühüm araşdırma mövzularına diqqətçəkən cavablar verə biləcəklərini söylədilər.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et