
Tapıntılar NASA-nın 2018-ci ildə planetə enmiş “Insight Lander” roverinin məlumatlarının yeni təhlilinə əsaslanır. Insight Lander dörd il ərzində Qırmızı Planetin dərinliklərində vibrasiyaları qeydə alan seysmometr apardı. Bu zəlzələlərin təhlili və planetin dəqiq necə hərəkət etməsi suyun “seysmik siqnallarını” üzə çıxarıb.
Marsın qütb dairələrində donmuş suyun və onun atmosferində buxarın olduğuna dair dəlillər tapılıb, lakin bu, ilk dəfədir ki, Insight-ın elmi missiyası 2022-ci ilin dekabrında, enişindən dörd il sonra sona çatıb.
Bu müddət ərzində robot kosmik gəmi 1319-dan çox zəlzələ qeydə alıb.
Seysmik dalğaların nə qədər sürətlə hərəkət etdiyini ölçməklə alimlər bu dalğaların keçə biləcəyi materialı müəyyən ediblər. Tədqiqatda iştirak edən Berkli Kaliforniya Universitetinin professoru Maykl Manqa “Bunlar əslində Yer kürəsində su və ya neft və qaz axtarmaq üçün istifadə etdiyimiz eyni üsullardır” deyə bildirib. Təhlil nəticəsində Marsın qabığından təxminən 10-20 km dərinlikdə su anbarları aşkar edilib. UC San Diego Scripps Okeanoqrafiya İnstitutundan əsas tədqiqatçı Dr. Vaşan Rayt "Marsdakı su dövranını anlamaq onun iqliminin, səthinin və daxili hissəsinin təkamülünü başa düşmək üçün çox vacibdir" deyib. Professor Manqa suyun "bir planetin təkamülünü formalaşdıran ən mühüm molekul" olduğunu bildirib. Marsın səthinin tədqiqatları göstərir ki, qədim zamanlarda planetdə çaylar və göllər olub.
Ancaq üç milyard il ərzində səhraya çevrilib. Mars atmosferini itirdiyi zaman bu suyun bir hissəsi kosmosda itib. Bununla belə, professor Manqa Yerdəki suyun böyük ölçüdə yerin altında olduğunu deyir və “Marsda bunun belə olmaması üçün heç bir səbəb yoxdur” deyə bildirir. Insight rover yalnız yerləşdiyi yerin altındakı qabığı qeyd edə bilib, lakin tədqiqatçılar bütün planetdə oxşar su anbarlarının ola biləcəyini söyləyirlər. Əgər, bu doğrudursa, Marsın səthində 800 metrdən çox dərinlikdə təbəqə əmələ gətirəcək qədər maye suyun olduğu təxmin edilir. Lakin onlar bildirirlər ki, qrunt sularının Marsda yerləşməsi Marsda məskunlaşmaq planları olan və bu sudan faydalanmaq istəyə biləcək milyarderlər üçün yaxşı xəbər deyil. Professor Manqa bunu maye suyun "yer qabığının 10-20 km dərinliyində" olması ilə əlaqələndirir. "Marsda 10 km dərinlikdə bir çuxur qazmaq hətta Elon Mask üçün də çətin olacaq", - o, BBC-yə bildirib. Bu kəşf, bir vaxtlar Marsda həyatın mövcud olduğuna dair sübutlar tapmaq üçün davam edən tədqiqatlara rəhbərlik etməyə kömək edə bilər. "Beləliklə, Marsda yaşayış üçün əlverişli mühitlər varsa, onlar hazırda yerin dərinliklərində ola bilər"- deyə Manqa açıqlama verib.
Mənbə: BBC NEWS Türkçe
Tərcümə etdi: Uğur Hacıyev
