
NASCAR çempionu Kayl Larson FloRacing-ə Formula 1 çempionu Maks Verstappendən daha yaxşı olduğunu söyləyib.
31 iyul 1992-ci ildə anadan olan Larson 2021-ci ildə uğurlu bir mövsüm keçirib və "NASCAR Cup Series" çempionu olub.
Larson trasda sürətli və çox yönlü olması ilə tanınır. O, bu yaxınlarda Maks Verstappendən üstün olduğunu deyərək yeni gündəm yaradıb.
"Mən daha yaxşı olduğumu bilirəm, çünki mən daha bacarıqlı bir sürücüyəm. Verstappen "Sprint Maşını" sürə və "Knoxvilledə" qalib gələ bilməz. O, "Chili Bowl"-u və ya Bristolda kubok yarışını qazana bilməz.
Yəqin ki, Monakoda Formula 1 yarışında qalib olmayacağam, lakin onun mənim etdiyimi etmək şansındansa, mənim onun gördüyü işləri görmək şansım daha çoxdur. Söhbət çox yönlülükdən gedir. Mən ondan daha yaxşı olduğumu bilirəm, ona görə də sakit və əminəm. Bəlkə IndyCar və ya Formula 1-də yox, amma mən onu istənilən başqa seriyada məğlub edərdim".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
