Bu gün:

Sürücünün kim olacağına Helmut Marko qərar verir?



Laurent Mekies deyir ki, RB-də bir çox insan sürücünün qərarı ilə razılaşıb. RB 2024-cü il mövsümündən sonra Yuki Tsunoda ilə davam etmək qərarına gəlsə də, Daniel Rikkardo və Liam Louson ikinci sürücü üçün yarışırlar.


Sürücünün kim olacağı qərarını adətən Helmut Markonun verdiyi deyilir, lakin Loran Mekiesin fikrincə, bu, yanlış təsəvvürdür. Komandanın rəhbəri Mekies bildirib:

"İnsanlar sürücülərin bir nəfər tərəfindən seçildiyini düşünür, heç bir komandada belə bir şey yoxdur. Komandaya sahib olsanız belə, komandanın qərar qəbul etmə prosesində iştirak edən bir meneceri var. Eyni şey komandamız üçün də keçərlidir. Biz müdirlərimizlə, səhmdarlarımızla, böyük Red Bull ailəsi ilə müzakirə edirik".

Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et