Türkiyədə tapılan 12000 illik abidənin üzərindəki oymalar günəş günləri və illərini qeyd edir ki, bu da onu qədim sivilizasiyanın bəlkə də ən qədim günəş təqvimi edir. Başlanğıc olaraq kütləvi kometa zərbəsini qeyd edən sakinlər hər bir astronomik hadisəni, o cümlədən bir gün kimi kiçik hadisələri qeyd etmək üçün simvollardan istifadə etdilər. Abidədə yay gündönümü xüsusi bir gün kimi qeyd olunurdu.

Türkiyədə aşkar edilən qədim abidə dünyanın ən qədim günəş təqvimi ola bilər.
“Time and Mind” jurnalında Edinburq Universitetinin tədqiqatçılarının işinə əsaslanan araşdırmada mütəxəssislər yazır ki, Türkiyənin cənubundakı Göbekli Təpədə, mürəkkəb oyma simvollarla dolu məbədə bənzər arxeoloji kompleksdəki işarələr günəş təqviminin yaradılmasından xəbər verir.
Sütunlara həkk olunmuş simvolları təhlil edərək, komanda hesab edir ki, bir sütunun 365 günü əks etdirdiyini nəzərə alsaq, hər “V” bir günü təmsil edə bilər. Və bunlar arasında, xüsusilə yay gündönümü , o dövrdə yay gündönümü bürcünü təmsil edən quşa bənzər bir heyvanın boynuna taxılan V ilə vurğuland . Təqvim izahı, V simvolunun nə üçün zaman və yaradılışla əlaqəli bir çox digər tanrı heykəllərində göründüyünü və V simvolunun demək olar ki, həmişə onların boynunda görünməsini izah etməyə kömək edə bilər.
Mənbə: popularmechanics.com
Tərcümə etdi: Aydan İbrahimli
