Bu gün:

Jungkook ilk sənədli filmini təqdim edəcək


BTS üzvü Jungkook ilk rəsmi sənədli Jungkook: I Am Still-in buraxıldığını elan etdi. Sənədli filmin premyerası sentyabrın 18-də olacaq. Jungkook BTS pərəstişkarlarına ünvanladığı mesajı X(Twitter) hesabında paylaşdı.


Qısa klipdə Jungkook dedi: "İlk rəsmi solo mahnım Seven-dan başlayaraq və studiya albomum "Golden"ın promoları boyunca xoşbəxtliyin qızıl anları ilə dolu bir il yaşadım. Mənə verdiyiniz bütün sevgiyə görə təşəkkür edirəm. Bu gün hər kəslə həqiqətən gözəl xəbərləri bölüşmək üçün buradayam."

Anonsdan sonra Jungkook əlavə etdi: "Mənim üçün Golden bir sıra davamlı yeni çağırışlar, müxtəlif janrların mahnıları ilə dolu uzun bir alboma aparan uzun səyahət idi. Hər an dünyanın hər yerindən ARMY ilə əlaqə saxladım".

Mənbə: hindustan.com

Tərcümə etdi: Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et