Bu gün:

"Toy Story 5"in çıxış tarixi müəyyən olundu



Dünyanın ən məşhur animasiya şirkətlərindən biri olan Pixar, "Toy Story 5"-in çıxış tarixini rəsmən elan etdi.

Xüsusilə 90-cı illərdə uşaq olan nəsil üçün əfsanəyə çevrilən və Pixar-ın bu günlərə gəlişində ən böyük rol oynayan "Toy Story" seriyasının yeni filmi rəsmi olaraq elan edildi. Kiçik məlumatlar və "Toy Story 5"-in buraxılış tarixi rəsmi olaraq açıqlandı.

Disney və Pixar nəhayət fanatlarının gözlədiyi xəbəri təsdiqlədilər: Vudi və Buzz yeni macəra üçün ekrana qayıdacaqlar. Keçən il Disneyin CEO-su Bob İgerin verdiyi xoş xəbərdən sonra D23 tədbirində layihənin detalları açıqlanıb. Filmin rejissoru Andrew Stanton olacaq.

Endryu Stanton verdiyi açıqlamada yeni filmdə oyuncaqlar üçün çətin mübarizə səhnələri olacağını və bu dəfə oyuncaqların uşaqların diqqətini çəkən və onların köhnə oyuncaqlarla vaxt keçirməsinə mane olan elektron qurğularla qarşılaşacağı, rəqabətdən bəhs edəcəyini açıqlayıb.

Serialın baş qəhrəmanları Vudi və Buzzı səsləndirən Tom Henks və Tim Allenin də layihədə iştirak etdiyi bildirilib. Allen "The Tonight Show"da verdiyi açıqlamada əvvəl beşinci filmin seriyanı daha çox uzadacağından narahat olduğunu, lakin ssenarini oxuduqdan sonra fikrini dəyişdiyini bildirib. 

90-cı illərdə və sonrakı nəsillərin uşaqları tərəfindən sevilən bu əfsanəvi serialın yeni filmi 19 iyun 2026-cı il tarixində kinoteatrlarda olacaq. "Toy Story 5" ilə təkcə uşaqların deyil, böyüklərin də ekrana yığışacağı gözlənilir.


Mənbə: shiftdelete.net

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et