Bu gün:

IMDB GTA6-nın çıxış tarixini elan etdi



IMDB böyük maraqla gözlənilən GTA 6-nın rəsmi çıxış tarixini açıqlamış ola bilər.

Son illərin şübhəsiz ən çox gözlənilən oyunu GTA 6-dır və bunu oyunla bağlı hər irəliləyişin yaratdığı təsirdən anlamaq mümkündür. Oyunun treyleri rekordlar qırarkən həmçinin oyunun 2025-ci ildə gələcəyini də bizə göstərmişdi.

Daha sonra oyun sənayesindəki bəzi problemlər oyunun gecikə biləcəyi ilə bağlı narahatlıqlara səbəb oldu. IMDB-nin məlumatına görə, oyun 27 oktyabr 2025-ci ildə buraxılacaq.

Rockstar əvvəlki açıqlamalarında GTA 6-nın vaxtında istifadəyə verilməsi üçün işçilərini ofisə çağırmış və oyunda heç bir gecikmə olmayacağını bildirmişdi. İlk elan edilmiş tarix də 2025-ci ilin payızı idi. Rockstar və Take-Two tərəfindən açıqlanan cədvəl və IMDB-dəki məlumatlar bu mənada uyğun gəlir.

GTA 6, seriyanın məşhur oyunlarından biri olan GTA: Vice City-nin də qurulduğu Vice City-də baş tutacaq , lakin bu dəfə daha böyük bir xəritə qarşımıza çıxacaq. Bu irəliləyişi mümkün edən, prodüserlərin Vice City ətrafındakı bəzi qəsəbə və şəhərləri oyuna daxil etmək qərarına gəlməsi idi. Oyunun hekayəsinin Kubanı da əhatə edəcəyi gözlənilir.

GTA 6-da iki əsas personajımız olacaq. Ceyson və Lucia adlı bu iki personaj üçün Rockstar-ın 1930-cu illərin əfsanəvi qanqsterləri olan Bonnie və Clyde-dan ilham aldığı məlumdur.

Oyunun buraxılış tarixi ilə bağlı hələlik heç bir prodüser şirkətdən bir  açıqlama verilməyib.


Mənbə: webtekno.com 

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et