Bu gün:

Fernando Alonso karyerasını sonlandırır?


20 ildən artıq Fernando Alonsonun meneceri olan Flavio Briatore ispan pilotun karyerası haqda danışıb.

Flavio Briatore bildirib ki, o, Aston Martin komandasının sürücüsü Fernando Alonsonun F1 2026 mövsümünün sonunda Formula 1-dən istefa verəcəyini gözləyir. Alonso həmin ildən sonra davam edib-etməyəcəyinə qərar verəcək.

Alonso, 2001-ci ildə Minardi ilə başlayan karyerasında  391 Qran Prisə start verən F1 tarixinin ən təcrübəli sürücülərindəndir. İki illik fasilədən sonra 2021-ci ildə F1-ə qayıdan ikiqat Dünya Çempionu ötən ay 43 yaşını qeyd edib.

Aston Martin aprel ayında Alonso ilə onu ən azı 2026-cı il mövsümünün sonuna qədər komandada saxlayacaq yeni çoxillik müqaviləyə razılaşdığını açıqlamışdı. 2026-cı il mövsümü idmanda yeni qaydaların və Aston Martin-in Honda ilə yeni əməkdaşlığının başlanğıcı olacaq.

Alonso 2005/06-cı illərdə Renault-da ardıcıl titullar qazananda komandanın rəhbəri olan Briatore iyirmi ildən artıqdır ki, Alonsonun meneceri olub və onun yaxın sirdaşı kimi tanınır. Formula For Success podkastında görünən və iyun ayında Renault-a idarə məsləhətçisi kimi qayıdan Briatore, Alonsonun hazırkı vəziyyətdə 2026-cı ilin sonunda təqaüdə çıxma ehtimalının olduğunu açıqlayıb.

Açıqlamasında Aston Martin-in 2026-cı ildən sonra davam etmək üçün seçimləri olduğunu bildirən Briatore, Alonsonun həmin mövsümün sonunda "bir il davam edib-etməmək" mövzusunda böyük bir qərar verəcəyinə işarə verib.


Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et