Bu gün:

Arizona hakimləri dölləri “doğulmamış insanlar” adlandırır


Arizona ştatında hakimlər noyabrda abortla bağlı ştatda keçiriləcək səsvermə ərəfəsində rəsmilərə ictimai məlumat vərəqələrində dölün "doğulmamış insan" adlandırılmasına icazə veriblər.

Seçim tərəfdarları bu ifadənin "qərəzli" olduğunu deyərək qərarı tənqid etdilər, lakin ştatın ali məhkəməsi ifadənin qərəzsizlik qaydalarını pozmadığını söylədi.

ABŞ Ali Məhkəməsinin iki il əvvəl ümummilli abort hüququnu ləğv etməsindən sonra Amerika reproduktiv azadlıqlarla bağlı acı müzakirələrə qapılıb.

Noyabrın 5-də Arizona və digər ştatlar öz konstitusiyalarına qadının abort hüququnun əlavə edilib-edilməməsi ilə bağlı səsvermə zamanı məsələ yenidən diqqət mərkəzində olacaq.

Arizona for Abort Access qrupu seçicilərin "ekspertlər tərəfindən deyil, abort əleyhinə xüsusi maraqlar tərəfindən hazırlanmış qərəzli, siyasi ittihamlara məruz qalacaqlarını" söylədi.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et