Rusiya məhkəməsi həvəskar balerina Kseniya Karelinanı Ukraynanı dəstəkləyən xeyriyyə təşkilatına 51 dollar (39 funt sterlinq) bağışladığına görə vətənə xəyanətdə ittiham edərək 12 il həbs cəzasına məhkum edib.

Amerika və Rusiya vətəndaşlığı olan Karelina ötən həftə qapalı qapılar arxasında keçirilən məhkəmə prosesindən sonra günahını etiraf edib.
O, Los-Ancelesdə yaşayırdı və 2021-ci ildə ABŞ vətəndaşı olub. O, ötən ilin yanvarında Moskvadan təxminən 1600 km (1000 mil) şərqdə, Yekaterinburqda ailəsi ilə görüş zamanı həbs edilib.
Prokurorlar ona 15 il həbs cəzası istəyiblər. Yekaterinburq məhkəməsi onu dövlətə xəyanətdə təqsirli bilib və ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına məhkum edib.
Karelina Rusiyanın FSB təhlükəsizlik xidməti tərəfindən Ukrayna hərbçilərini silahla təmin edən Ukrayna təşkilatı üçün pul toplamaqda ittiham edilmişdi.
Rusiyalı hüquq müdafiəçiləri bildiriblər ki, o, ABŞ-da yaşayarkən Rusiyanın 22 fevral 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günündə 51,80 dollar məbləğində bir köçürmə edib. FSB-nin onun telefonunda əməliyyatı aşkar etdiyi güman edilir.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
