İsveçin ictimai səhiyyə agentliyi, Afrika qitəsindən kənarda yoluxucu yeni mpox variantının ilk dəfə müşahidə olduğunu qeyd etdi.

Agentlik bildirib ki, şəxs hazırda mpox Clade 1-in böyük bir epidemiyasının olduğu Afrika bölgəsində olarkən yoluxmuşdur.
Xəbər, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikanın bəzi bölgələrində baş verən mpox xəstəliyinin indi beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə hal olduğunu elan etməsindən bir neçə saat sonra gəlir.
Konqo Demokratik Respublikasında ilkin yayılma zamanı ən azı 450 adam öldü və xəstəlik o vaxtdan Mərkəzi və Şərqi Afrika bölgələrinə yayıldı.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
